Cəlilabadda taxıl sahələri yanıb - FOTO

21:08 - 10 İyul 2023

Cəlilabadda taxıl sahələri yanıb - FOTO

Cəlilabadda taxıl sahələri yanıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Abdullu kəndi ərazisində biçilmiş taxıl sahələrində qeydə alınıb.

İlkin məlumata görə, kəndin 3 sakininə məxsus sahədə 3 hektar ərazi yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az