Bakıda ağac maşının üstünə aşdı, yolda hərəkət dayandı - FOTO

22:13 - 10 İyul 2023

Bakıda ağac maşının üstünə aşdı, yolda hərəkət dayandı - FOTO

Bakının Nərimanov rayonunda iri ağac gövdəsi minik avtomobilinin üstünə aşıb.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Həsənoğlu küçəsinin Heydər Əliyev Prospektinə çıxış hissəsində qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsənin baş inspektoru Araz Əsgərli bildirib ki, ağacın aşması nəticəsində yolun bir hissəsində hərəkət dayanıb:

"Əraziyə polis əməkdaşları cəlb olunub, müvafiq qurumlara hadisə ilə bağlı məlumat verilib".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az