Avtomobil piyadanı vurub ÖLDÜRDÜ

21:23 - 11 İyul 2023

Avtomobil piyadanı vurub ÖLDÜRDÜ

İmişli rayonunda yol qəzası baş verib, hadisə zamanı xəsarət alan piyada xəstəxanada ölüb.

 

Manset.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 94-cü kilometrliyində İmişli rayonu Qaradonlu kəndindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Polad Nofərov idarə etdiyi 10-RS-375 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən piyada Kamran Musayevi vurub.

Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az