Şəmkirdə evdə GÜCLÜ PARTLAYIŞ: Xəsarət alan var

22:00 - 11 İyul 2023

Şəmkirdə evdə GÜCLÜ PARTLAYIŞ: Xəsarət alan var

Şəmkir rayonunun Nərimanlı kəndində fərdi evdə qaz sızmasından partlayış olub, xəsarət alan var.

 

Manset.az  "Report"a istinadla xəbər verir ki, hadisə nəticəsində 1981-ci il təvəllüdlü Ərşad Bəndəliyev müxtəlif xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az