Qobustanda ağır qəzada 2 nəfər öldü - YENİLƏNİB

00:00 - 12 İyul 2023

Qobustanda ağır qəzada 2 nəfər öldü - YENİLƏNİB

Qobustanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

***21:29

Qobustan rayonunun Cəngi kəndində avtomobil qəzası baş verib.

Manset.az  APA-ya istinadən xəbər verir ki, hadisədə iki nəfər dünyasını dəyişib.

İlkin məlumata görə, qəza nəticəsində daha iki nəfər ağır yaralanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az