Göyçayda fərdi yaşayış evi yanıb, sahibi xəsarət alıb.
Manset.az xəbər verir ki, "Report"-un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Göyçay şəhərinin İbrahim Göyçaylı küçəsində yerləşən ikimərtəbəli evdə qeydə alınıb.
Hadisə zamanı evlə yanaşı, içərisindəki əşyalar tamamailə yanaraq yararsız hala düşüb. Hazırda yanğınsöndürənlər hadisə yerindədir, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını almağa çalışırlar.
Yanğın zamanı ev sahibi Oqtay adlı şəxs yanıq xəsarətləri alıb, hadisə yerinə Göyçay rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının işçiləri cəlb olunub, vətəndaşa tibbi yardım göstərilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.