Güzdək qəsəbəsində fermada yanğın olub

16:21 - 16 İyul 2023

Güzdək qəsəbəsində fermada yanğın olub

Abşeron rayonunun Güzdək qəsəbəsində ferma ərazisində ümumi sahəsi 25 m² olan evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 20 m² olan vaqon tipli köməkçi tikilinin taxta üzlüyü, yaxınlıqda ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 20 m² olan digər köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az