Transfer çalışmalarını davam etdirən Beşiktaş-la bağlı İngiltərə mətbuatından maraqlı bir iddia irəli sürülüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, "Qara-ağlar" İngiltərə Premyer Liqasında çıxış edən "Nottingham Forest" klubunun müdafiəçisi Ola Aina ilə maraqlanır.
28 yaşlı nigeriyalı sağ cinah müdafiəçisinin "Forest" ilə müqaviləsi 1 il daha qüvvədədir. Lakin əldə olunan məlumata görə, Beşiktaş yaxın günlərdə bu transfer üçün konkret addımlar ata bilər.
Nigeriya milli komandasında 40 oyunda forma geyinmiş Aina hazırda transfer bazarında 20 milyon avro dəyərində qiymətləndirilir. Təcrübəli futbolçu bu mövsüm Premyer Liqada 37 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.