Daha bir əfsanə “Real Madrid”dən ayrıldı

17:30 - 27 May 2025

Daha bir əfsanə “Real Madrid”dən ayrıldı

Real Madriddə dəyişikliklər davam edir. Baş məşqçi Karlo Ançelotti və yarımmüdafiəçi Luka Modriçdən sonra, klubun əfsanəvi futbolçusu Raul da komandaya vidalaşıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, hazırda klubun Gənclər A komandası ilə məşğul olan Xavi Arbeloanın yaxın vaxtlarda Raulun yerinə Real Madridin ikinci komandası "Kastilya"ya baş məşqçi təyin ediləcəyi bildirilib. Raul 2019-2020-ci il mövsümündə "Kastilya"nın sükanı arxasına keçərək 6 il ərzində komandanı idarə edib.

Onun rəhbərliyi altında "Kastilya" 209 oyunda 82 qələbə qazanıb, 70 heç-heçə edib və 57 dəfə məğlub olub. Real Madrid klubundan verilən rəsmi açıqlamada Raulun vəzifəsindən könüllü istefa etdiyi bildirilib.

Klub rəhbərliyi və azarkeşlər Raulun komandaya verdiyi töhfələrə görə təşəkkür edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv