Minifutbol millimiz 1/4 finalda - FOTOLAR 

22:34 - 27 May 2025

Minifutbol millimiz 1/4 finalda - FOTOLAR 

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala adlayıb.


Manset.az Report-a istinadən xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/8 finalda son dünya çempionu Rumıniya ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (2:1) komandamız növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Azərbaycan 1/4 finalda İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv