"Qalatasaray"ın yeni kapitanı bəlli oldu - FOTO

08:30 - 28 May 2025

\"Qalatasaray\"ın yeni kapitanı bəlli oldu - FOTO

"Qalatasaray" klubu uzun illərdir komandanın kapitanı olan Fernando Muslera ilə yollarını ayırmağa hazırlaşır.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, Trendyol Super Liqasının çempionluq qeyd etmələri zamanı emosional anlar yaşayan Musleranın ayrılığı klubda yeni bir dövrün başlanğıcını qoyub.

Mərasimdə çıxış edən baş məşqçi Okan Buruk həm Musleranın, həm də belçikalı ulduz Dris Mertensin komandadan ayrılacağını bildirib. "Bu çempionluqda böyük payı olan iki futbolçumuz bizdən ayrılır. Onların əvəzinə vacib transferlər etməliyik", - deyə Buruk qeyd edib.

Musleranın gedişindən sonra komandanın yeni kapitanı da müəyyənləşib. Türkiyə mətbuatının, xüsusilə "Sabah" qəzetinin məlumatına görə, sarı-qırmızılıların yeni kapitanı Mauro İkardi olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv