UEFA Konfrans Liqasının qalibi müəyyənləşəcək

08:59 - 28 May 2025

UEFA Konfrans Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.


Manset.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” klubları qarşılaşacaq.

Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutacaq görüşü Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edəcək.

Hər iki komanda finalda ilk dəfə iştirak edəcəklər. 2021/2022 mövsümündən etibarən təşkil olunan UEFA Konfrans Liqasında indiyə qədər üç komanda - “Roma” (İtaliya, 2021/2022), “Vest Hem” (İngiltərə, 2022/2023) və “Olimpiakos” (Yunanıstan, 2023/2024 ) qızıl medalları qazanıb.

Ən çox finala çıxan komanda isə İtaliya təmsilçisi “Fiorentina”dır. Florensiya klubu iki dəfə (2022/2023, 2023/2024) həlledici matçda oynamaq imkanı əldə etsə də, çempionluq sevinci yaşaya bilməyib.

Turnirin tarixində ən çox qol vuran futbolçu Artur Kabraldır. Hazırda Portuqaliyanın “Benfika” klubunun formasını geyinən braziliyalı hücumçu 21 qolla bombardirlər siyahısına başçılıq edir.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv