"Möhtəşəm qələbə qazandıq" - Baş məşqçi

22:17 - 29 May 2025

\"Möhtəşəm qələbə qazandıq\" - Baş məşqçi

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Rumıniya üzərində qələbə qazanaraq dünya çempionatında yarımfinala yüksəldikləri oyunu şərh edib.


Manset.az Report-a istinadən xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.

O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:

"Möhtəşəm qələbə qazandıq. Bizə dəstək olan hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Çətin oyun oldu. Yarımfinalda Monteneqro ilə qarşılaşacağıq. Ümid edirəm ki, həmin görüşdə də qələbə qazanıb, finala adlayacağıq".

Qeyd edək ki, Azərbaycan yığması 1/4 finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv