"Real" yeni transferi rəsmiləşdirdi - FOTO

14:45 - 30 May 2025

\"Real\" yeni transferi rəsmiləşdirdi - FOTO

"Real" yeni transfer həyata keçirib.


Manset.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Madrid təmsilçisi  "Liverpul"un yetirməsi və İngiltərə millisinin müdafiəçisi Trent Aleksander-Arnoldun transfer olunduğunu elan edib. Futbolçu İspaniya klubu ilə 2031-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb.

Trent 2016-cı ildən etibarən "Liverpul"un əsas komandasında çıxış edirdi. Mersisayd klubunun heyətində müdafiəçi iki dəfə İngiltərə çempionu olub, bütün daxili kubokları, FIFA klublararası dünya çempionatını və UEFA Çempionlar Liqasını qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv