"Qarabağ" klubunun müdafiəçisi, "Napoli" ilə oyunda zədələnən Kevin Medinanın vəziyyəti məlum olub.
Manset.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün aparılan müayinələr nəticəsində futbolçunun vəziyyətinin normal olduğu müəyyənləşib:
"Komanda sabah istirahət edəcək. Noyabrın 28-dən etibarən Medinanın məşqlərə qoşulması gözlənilir".
Qeyd edək ki, dünən baş tutan "Napoli" - "Qarabağ" (2:0) oyununda başından zərbə alan Kevin Medina 61-ci dəqiqədə əvəzlənmişdi.