"Real Madrid" "Liverpul"dan ayrılan fransalı müdafiəçi Ibrahima Konate ilə müqavilə imzaladığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, klubun məlumatına görə, Konatenin "Liverpul" ilə müqaviləsi başa çatdıqdan sonra tərəflər razılığa gəlib.
O, 30 iyun 2030-cu ilədək, yəni qarşıdakı dörd mövsüm ərzində "Real Madrid"in futbolçusu olacaq.