logo
logo logo
logo

Türkiyə millisi dünya çempionatı ilə vidalaşdı

09:06 - 20 İyun 2026

Türkiyə millisi dünya çempionatı ilə vidalaşdı

Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub.


Manset.az xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar.

2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.

Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib.

***

08:20

Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyununda ikinci hissə başlayıb.


Manset.az-ın məlumatına görə, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar hesabda geridədirlər - 0:1.

2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.

Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az