Futbol üzrə dünya çempionatında Uruqvay - Kabo Verde ilə qarşılaşıb.
Manset.az-ın məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında qalib müəyyənləşməyib - 2:2.
Uruqvayın heyətində Maksimiliano Arauxo (44) və Aqustin Kanobbio (45+6) fərqləniblər. Kabo Verde yığmasında isə Kevin Pina (21) və Helio Varella (61) diqqət mərkəzinə düşüblər.
Bununla da hər iki yığma qrupdakı xallarının sayını 2-yə çatdırıb. Uruqvay ötən tur Səudiyyə Ərəbistanı (1:1), Kabo Verde isə İspaniya ilə (0:0) heç-heçə etmişdi.
II turun əvvəlki matçında isə İspaniya Səudiyyə Ərəbistanı seçməsini 4 cavabsız qolla məğlub edib.