logo
logo logo
logo

Argentina Avstriyanı məğlub etdi 

23:26 - 22 İyun 2026

Argentina Avstriyanı məğlub etdi 

2026-cı il dünya çempionatında J qrupunun II turunun oyunları keçirilir.


Manset.az xəbər verir ki, turun mərkəzi görüşündə Argentina millisi Avstriya ilə qarşılaşıb.

    Matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

    Oyunun 9-cu dəqiqəsində hakim Avstriyanın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topun arxasına keçən Lionel Messi penaltidən dəqiq yararlana bilməyib. Buna baxmayaraq ulduz futbolçu ilk hissənin sonlarında fərqlənib. Messi 40-cı dəqiqədə hesabı 1:0 edən qolu vurub.

    Cənubi amerikalılar 90+5-ci dəqiqədə daha bir qol vurub. Səhnəyə yenə Leo Messi çıxıb.

    Görüş bu hesabla başa çatıb: 2:0

    İlk turda Əlcəzairi 3:0 məğlub edən Argentina xallarının sayını 6-ya çatdırıb. Daha əvvəl İordaniyanı 3:1 hesabı ilə üstələyən Avstriya isə bu nəticədən sonra 3 xalda qalıb.

    Qeyd edək ki, J qrupunun digər oyununda İordaniya Əlcəzairlə üz-üzə gələcək.

    Dünya çempionatı
    J qrupu, II tur
    22 iyun

    21:00. Argentina – Avstriya 2:0

    Qol: L. Messi, 40, 90+5

    Uğursuz penalti: L. Messi, 9


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az