logo
logo logo
logo

Montella istefa verəcək? - Qərarını verdi

10:15 - 25 İyun 2026

Montella istefa verəcək? - Qərarını verdi

Türkiyə milli futbol komandasının baş məşqçisi Vinçenso Montella istefa verməyəcəyini açıqlayıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə millisi 2026-cı il FIFA Dünya Çempionatının D qrupunda üçüncü və son oyununu sabah Los-Anceles stadionunda ABŞ yığmasına qarşı keçirəcək.


Görüşdən əvvəl təşkil olunan mətbuat konfransında çıxış edən baş məşqçi Vinçenso Montella son dövrdə yaşanan hadisələrdən sonra özünü daha güclü hiss etdiyini bildirib və vəzifəsindən ayrılmaq niyyətində olmadığını vurğulayıb.


Montella deyib:

“Ardıcıl iki dəfə həm Avropa çempionatına, həm də dünya çempionatına vəsiqə qazanılmamışdı. Məndən başqa heç bir baş məşqçi komandanı həm Avropa çempionatına, həm də dünya çempionatına çıxara bilməyib. Çox motivasiyalıyam. Federasiya prezidentinin və futbolçuların dəstəyi mənim üçün kifayətdir. Mən peşəkaram. Bu illər ərzində işimə bütün qəlbimi vermişəm. Vaxtımı və enerjimi böyük həvəslə sərf etmişəm.

Əgər məndən istefa verib-verməyəcəyimi soruşursunuzsa, cavabım xeyrdir. Çünki hələ də enerjim var. Bu təcrübələrdən sonra özümü daha güclü hiss edirəm. Əgər mənim istefamı istəyənlər varsa, bunu etməyəcəyəm və onlar bunu qəbul etməlidirlər. Futbolçularımızın və federasiya prezidentimizin qiymətləndirmələrini nəzərə alaraq fəaliyyətimi davam etdirəcəyəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az