Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri davam edir.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Azərbaycanın daha iki cüdoçusu turnirdə medal qazanıb.
Hidayət Heydərov bürünc, Zelim Tçkayev isə qızıl mükafata yiyələnib. Hər iki idmançı 81 kq çəki dərəcəsində mübarizə aparıb.
Xatırladaq ki, ötən gün Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.