logo
logo logo
logo

Afrika milliləri DÇ-2026-da ilkə imza atdılar  

13:45 - 28 İyun 2026

Afrika milliləri DÇ-2026-da ilkə imza atdılar  

Kişilər arasında futbol üzrə dünya çempionatları tarixində ilk dəfə olaraq eyni vaxtda doqquz Afrika millisi pley-off mərhələsinə vəsiqə qazanıb.


Manset.az xəbər verir ki, DÇ-2026-da Əlcəzair, Kabo-Verde, Konqo Demokratik Respublikası, Misir, Qana, Kot-d'İvuar, Mərakeş, Seneqal və Cənubi Afrika Respublikası (CAR) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.

Qrup mərhələsindən sonra mundialı tərk edən yeganə Afrika təmsilçisi Tunis olub. Komanda keçirdiyi üç oyunun hamısında məğlub olaraq xal qazana bilməyib və F qrupunda sonuncu - dördüncü yeri tutub.

Pley-offa yüksələn doqquz Afrika millisindən beşi tarixində ilk dəfə bu uğura imza atıb. Bunlar Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Cənubi Afrika Respublikası (CAR), Misir və Kabo-Verdedir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az