logo
logo logo
logo

"Zirə" "Iğdır" klubuna məğlub oldu

21:31 - 30 İyun 2026

\"Zirə\" \"Iğdır\" klubuna məğlub oldu

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib.


Manset.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv yerli "Iğdır" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib. "Zirə"nin heyətində Yeqor Boqomolski dubl edib, digər qolu Elçin Əlicanov vurub.

Xatırladaq ki, "Zirə" qonşu ölkədəki ilk matçında Özbəkistan təmsilçisi "Navbahor"a 1:3 hesabı ilə uduzub. "Qartallar" Bakıda keçirdiyi qarşılaşmada "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az