logo
logo logo
logo

İkardi onunla yollarını ayırır - İDDİA

13:38 - 02 İyul 2026

İkardi onunla yollarını ayırır - İDDİA

"Qalatasaray"ın hücumçusu Mauro İkardinin meneceri Elio Pino futbolçunun klubla müqaviləsinin uzadılması ilə bağlı aparılan danışıqların müsbət nəticə vermədiyini açıqlayıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Elio Pino bununla bağlı yaydığı bəyanatda sosial şəbəkələrdə özü və müştərisi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.


Menecer qeyd edib ki, 2026-cı il mayın 18-də Mauro İkardinin müqaviləsinin uzadılması məsələsi ilə bağlı "Qalatasaray" rəhbərliyi ilə görüş keçirilib.


Onun sözlərinə görə, tərəflərin gözləntiləri üst-üstə düşmədiyi üçün danışıqlar nəticəsiz başa çatıb.


Pino vurğulayıb ki, bu məsələnin futbolçunun oyun vaxtı ilə heç bir əlaqəsi yoxdur və bu istiqamətdə klub qarşısında hər hansı tələb irəli sürülməyib.


Menecer bildirib ki, həmin görüşdən sonra tərəflər arasında başqa heç bir rəsmi görüş və ya danışıqlar aparılmayıb. Bununla yanaşı, son dövrlərdə sosial şəbəkələrdə və mediada onlara qarşı məqsədli şəkildə dezinformasiyanın yayıldığını iddia edib.


Onun sözlərinə görə, bu cür məlumatlar həm onları nüfuzdan salmağa, həm də Mauro İkardi ilə "Qalatasaray" azarkeşləri arasında formalaşmış müsbət münasibətə xələl gətirməyə yönəlib.


Elio Pino klub prezidenti ilə münasibətlərinin çox yaxşı olduğunu da qeyd edərək əlavə edib ki, həm "Qalatasaray"ın, həm də Mauro İkardinin maraqları naminə klub rəhbərliyi ilə əlaqələri davam etdirəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az