"Nottinqem Forest" baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 2026-cı ilin fevralından komandaya rəhbərlik edən portuqaliyalı mütəxəssislə yanaşı, onun məşqçilər korpusu da klubdan ayrılıb.
Qeyd edək ki, Vitor Pereyranın rəhbərliyi altında "Nottinqem Forest" 2025/2026 mövsümünü İngiltərə Premyer Liqasında 16-cı pillədə başa vurub.