logo
logo logo
logo

"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı

00:30 - 04 İyul 2026

\"Əl-Nəsr\"in yeni baş məşqçisi açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni baş məşqçisini açıqlayıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, komandanı Ange Postekoqlu çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avstraliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

60 yaşlı məşqçi son olaraq İngiltərədə “Tottenhem”i çalışdırıb və daha sonra “Nottingem Forest”də qısa müddət fəaliyyət göstərib.

Qeyd edək ki, “Əl-Nəsr”in heyətində Kriştiano Ronaldo, Sadio Mane, Kinqsli Koman, Joao Fliks kimi ulduz futbolçular çıxış edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az