Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarında üç tarixi rekorda imza atıb.
Manset.az xəbər verir ki, 39 yaşlı oyunçu DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı oyunda fərqlənərək mundiallardakı qol sayını 20-yə çatdırıb.
Bununla da o, turnir tarixinin ən məhsuldar futbolçusu kimi öz rekordunu yeniləyib. Siyahıda ikinci pillədə qərarlaşan Fransa millisinin hücumçusu Kilian Mbappenin hesabında isə 18 qol var.
Messi eyni zamanda mundiallar tarixində ardıcıl səkkiz oyunda qol vuran ilk futbolçu olub. Onun məhsuldarlıq seriyası 2022-ci il dünya çempionatının 1/8 final mərhələsindən başlayır. Argentinalı hücumçu bu müddətdə ümumilikdə 12 dəfə rəqib qapılarına yol tapıb.
Təcrübəli futbolçu daha bir tarixi göstəriciyə də imza atıb. O, Kabo-Verde ilə qarşılaşmaya start heyətində çıxmaqla dünya çempionatları tarixində 30 oyun həddini keçən ilk futbolçu olub. Bu göstəricidə ikinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu qərarlaşıb. Onun aktivində 26 mundial oyunu var.