logo
logo logo
logo

Mərakeş 1/4 finala çıxdı 

23:16 - 04 İyul 2026

Mərakeş 1/4 finala çıxdı 

2026-cı il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin ilk oyununda Kanada və Mərakeş milliləri qarşılaşıblar.


Manset.az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində yerləşən "NRG Stadium"da keçirilən görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edib. Qarşılaşma Mərakeş millisinin 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unahi fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.

Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az