logo
logo logo
logo

FIFA bu futbolçuya güzəşt etdi

22:36 - 05 İyul 2026

FIFA bu futbolçuya güzəşt etdi

Dünya çempionatının 1/16 final mərhələsinin Bosniya və Herseqovina ilə matçında qırmızı vərəqə alan ABŞ millisinin futbolçusu Folarin Baloqan Belçika yığmasına qarşı 1/8 final matçında meydana çıxa biləcək.


Manset.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun 1 oyunluq diskvalifikasiyası dayandırılıb. Forvarda 1 illik sınaq müddəti təyin edilib.

Baloqan Bosniya və Herseqovinaya 2:0 hesabı ilə qalib gəldikləri görüşdə rəqib futbolçu Tarik Muharemoviçin topuğuna açıq ayaqla zərbə endirdiyi üçün meydandan qovulmuşdu.

Qeyd edək ki, ABŞ – Belçika oyunu iyulun 7-də keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az