logo
logo logo
logo

“Barselona”ya niyə keçdiyini açıqladı

16:20 - 26 İyul 2026

“Barselona”ya niyə keçdiyini açıqladı

“Barselona”nın yeni transferi Kərim Adeyemi İspaniya nəhənginə keçidinin əsas səbəbini açıqlayıb.


Manset.az xəbər verir ki, 24 yaşlı almaniyalı futbolçu La Liqaya gəlişində baş məşqçi Hansi Flikin həlledici rol oynadığını bildirib.

“Hansi Flik indi burada olmağımın əsas səbəbidir. Onunla çox söhbət etdik və ilk andan böyük bir inam hiss etdim. Komandaya məqsədlərinə çatmaq üçün baş məşqçinin tələb etdiyi hər cür köməyi göstərməyə hazıram”, – deyə Adeyemi Kataloniya klubunun rəsmi saytına açıqlamasında qeyd edib.

Xatırladaq ki, almaniyalı hücumçu bir neçə gün əvvəl “Barselona”ya transfer olunub. Kataloniya təmsilçisi bu keçid üçün Dortmund “Borussiya”sına 22 milyon avro ödəyib. Müqavilədə əlavə 7 milyon avro bonus nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az