logo
logo logo
logo

Kanoeçimiz Avropa ikincisi oldu - FOTOLAR

19:09 - 26 İyul 2026

Kanoeçimiz Avropa ikincisi oldu - FOTOLAR

23-26 iyul tarixlərində Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və  23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında təmsilçimiz Tatyana Smilovenko uğurlu nəticə göstərib.


Milli komandamızın üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb. Tatyana həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.

Xatırladaq ki, Tatyana Smilovenkonun milli komandamız adından qitə çempionatında qazandığı ikinci medaldır.  O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çepionatında 3-cü yer tutub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az