“Gent” “Qarabağ”a təşəkkür etdi - FOTO

16:29 - 17 Fevral 2023

“Gent” “Qarabağ”a təşəkkür etdi - FOTO

Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ötən gün “Qarabağ”ın qonağı olan Belçikanın “Gent” komandası Ağdam klubuna təşəkkür edib.

 

Manset.az xəbər verir ki, Belçika təmsilçisi bununla bağlı klubun sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub: “Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, “Qarabağ”. Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək”.

Xatırladaq ki, “Qarabağ” “Gent”ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az