Bu gün İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Mançester Siti” səfərdə “Nottingham Forest”in qonağı olub.
Manset.az xəbər verir ki, oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Bu heç-heçədən sonra “Mançester Siti” vacib 2 xal itirərək 52 xalla 2-ci pilləyə düşüb.
Birinci yerdə 54 xalla “Arsenal” qərarlaşıb. Lakin onu da qeyd edək ki, “Arsenal” rəqibindən bir oyun az keçirib.
“Nottingham Forest” - “Mançester Siti” – 1:1
Qollar: Silva,41(0:1), Vuud, 84(1:1)