“Sabah” Almaniya klubuna böyük hesabla məğlub oldu

16:40 - 15 İyul 2023

“Sabah” Almaniya klubuna böyük hesabla məğlub oldu

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” daha bir yoxlama oyunu keçirib.


Manset.az xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gəlib.

İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutan görüş rəqibin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1. Azərbaycan klubunun qolunu 57-ci dəqiqədə Coy Lens Mikels vurub.

Qeyd edək ki, “Sabah” ilk matçında Qətərin “Əs-Sədd” klubunu 3:1 hesabı ilə üstələyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az