"Qalatasaray"a kiralıq olaraq tövsiyə edilən Romelu Lukaku Antalyadadır

18:00 - 18 İyul 2023

\"Qalatasaray\"a kiralıq olaraq tövsiyə edilən Romelu Lukaku Antalyadadır

"Qalatasaray"a icarəyə veriləcəyi deyilən Romelu Lukaku Antalyadadır.

 

Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə Mauro İcardidən xəbər gözləyən və türk oyunçu Halil Dərvişoğlunu hücumçu sırasına qatan "Qalatasaray" da transfer gündəmi davam edir. Gərgin mövsümdə hücumçuların qeyri-kafi ola biləcəyini hesablayan baş məşqçi Okan Buruk rəhbərlikdən daha bir oyunçu istəyib. Bu əsasla  Lukaku menecerlər tərəfindən sarı-qırmızılı komandaya tövsiyə olunub.

Mövsümü "İnter"də başa vuraraq "Çelsi"yə qayıdan Lukakunun burada qalmaq istəmədiyi bildirilib. Hazırda təcrübəli oyunçu Antalyada oteldə dincəlir. Onun oteldən məşq görüntülərini paylaşması müzakirələrə səbəb olub.

Beləki, yeni komanda tapıb mövsümə hazırlaşmaq istəyən Lukakunun otel sahəsində tək məşq etməsi “Qalatasaraydan xəbər gözləyir” kimi şərh edilib.

"Qalatasaray" rəhbərliyi görüş olmadığını desə də, Mauro İcardinin transferində problem yaranarsa, "Qalatasaray"ın Lukakunu variantını gözdən keçirəcəyi bildirilib.  

Qeyd edək ki, 30 yaşlı hücumçunun hazırkı bazar dəyəri 40 milyon avrodur. Cim-Bom Lukakunu sıralarına qatmaq istəsə, onu icarə əsasında oynada biləcəyi qeyd edilib.

 

Aygün

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az