Transfer mövsümündə çox aktiv günlər keçirən "Fənərbaxça" sürpriz adla gündəminə düşüb.
Manset.az xəbər verir ki, Sports Digitale-dən Yağız Sabuncuoğlunun xəbərinə görə, "Fenerbahçe" "Marsel"də çıxış edən Bartuq Elmazla maraqlanır. Sarı-göylərin Fransa komandasına rəsmi təklif göndərdiyi bildirilib.
Qeyd edək ki, 20 yaşlı futbolçu "Qalatasaray"la müqaviləsi 2022-ci ilin yanvarında başa çatdıqdan sonra Fransa komandasına yollanıb.
Ön-liberal mövqedə çıxış edən futbolçu ötən mövsüm “Marsel B” forması ilə 6 dəfə meydana çıxıb və 2 qol vurub.
Bartuğ Elmaz Fransa Kubokunda Marsel A Komandası ilə cəmi bir matçda 4 dəqiqə qazana bilib.
Jalə
Manşet.az