“Qarabağ” “Linkoln”u qəbul edir - Çempionlar Liqası

11:02 - 19 İyul 2023

“Qarabağ” “Linkoln”u qəbul edir  - Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllüttariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllüttariqdə baş tutmuş ilk oyunda “Qarabağ” 1:2 hesablı qələbə qazanıb.

Cütün qalibi II təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

19 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllüttariq)

Baş hakim: Eldorjan Hamiti (Albaniya)

Bakı Olimpiya Stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az