UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” klubu ilə qarşılaşacaq “Qarabağ”ın oyununa satılan biletlərin sayı məlum olub.
Klubdan Manset.az-a verilən məlumata görə Bakı Olimpiya Stadionunda keçiriləcək matça 18 min 500 bilet satılıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tutumu 69 min 870 nəfərdir. Qarşılaşma saat 20:00-da başlayacaq.