Brazilyalı futbolçu Ronaldonun klubuna transfer oldu

17:43 - 19 İyul 2023

Brazilyalı futbolçu Ronaldonun klubuna transfer oldu

"Mançester Yunayted"in futbolçusu Aleks Telles karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

"Əl-Nəsr" müdafiəçinin transferi ilə bağlı klubla razılıq əldə edib.

Klub braziliyalı üçün qarşı tərəfə 4 milyon avro ödəyəcək. Eyni zamanda futbolçunun performansından asılı olaraq bonuslar nəzərdə tutulub.

30 yaşlı müdafiəçi "Əl-Nəsr"də ilinə 7 milyon avro maaş alacaq.

2020-ci ildən "Mançester Yunayted"in üzvü olan A.Telleş ötən mövsümü icarə əsasında İspaniyanın "Sevilya" klubunda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az