“Qarabağ” darmadağınla növbəti mərhələdə - YENİLƏNİB

21:50 - 19 İyul 2023

“Qarabağ” darmadağınla növbəti mərhələdə - YENİLƏNİB

“Qarabağ” UEFA Çempionlar Liqasında I mərhələni keçib.

 

Manset.az xəbər verir ki,  Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.

Bir həftə əvvəl “Viktoriya” stadionunda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə rəqib qapısından 4 cavabsız qol keçiriblər - 4:0.

Qarşılaşmada hesabı 7-ci dəqiqədə fransalı yarımmüdafiəçi Abdullah Zubir açıb. Fasilə ərəfəsində ağdamlılar fərqi iki topa çatdırıblar. 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə başla vurduğu dəqiq zərbə ilə rəqibi məyus edib.

Fasilədən dərhal sonra qonaqlar növbəti dəfə mərkəzə dəvət olunublar. 49-cu dəqiqədə albaniyalı hücumçu Redon Cica topu boş qapıdan keçirməkdə çətinlik çəkməyib. “Qarabağ” bununla da kifayətlənməyib. 62-ci dəqiqədə monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin zərbəsi qarşısıalınmaz olub və Azərbaycan çempionu 4:0 hesablı qələbə qazanıb.

Darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempionu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq.

***21:25

“Qarabağ”la Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 4-cü qol vurulub.

 

Manset.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı görüşdə bu dəfə də meydan sahibləri seviniblər.

Matçın 62-ci dəqiqəsində Marko Yankoviç fərqlənib - 4:0.

****21:13

“Qarabağ”la Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda növbəti qol qeydə alınıb.

 

Manset.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı görüşdə yenə Azərbaycan çempionun fərqlənib.

Qarşılaşmanın 51-ci dəqiqəsində Redon Cica adını tabloya yazdırıb - 3:0.

***21:05

“Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

 

Manset.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı görüşdə fasilə başa çatıb.

Birinci hissədən sonra “Qarabağ” 2:0 hesabı ilə öndədir.

***20:52

“Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

 

Manset.az xəbər verir ki,  Bakı Olimpiya Stadionunda təşkil edilən qarşılaşmada komandalar fasiləyə yollanıblar.

“Qarabağ” birinci hissədə vurduğu qollar sayəsində 2:0 hesabı ilə öndədir.

***20:45

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda daha bir qol vurulub.

 

Manset.az xəbər verir ki,  Azərbaycan çempionu fərqi iki topa çatdırıb - 2:0.

45+1-ci dəqiqədə müdafiəçi Bəhlul Mustafazadə başla fərqlənib.

***20:36

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan çempionu rəqib qapısına yol tapıb.

Matçın 7-ci dəqiqəsində Abdullah Zubir fərqlənib - 1:0.

***20:10

Bakıda "Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.

 

Manset.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü albaniyalı Eldorjan Hamitinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.

***18:56

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirdə təmsil edən “Qarabağ” da cavab oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Cəbəllütariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Ağdam təmsilçisi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. 

Komandalar arasında ötən həftə Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı əzmkar qələbə qazanıb.

Qeyd edək ki, cütün qalibi I təsnifat mərhələsində Polşanın "Rakuv" komandası ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
19 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq)
Hakimlər: Eldoryan Hamiti, Ridiger Çokay, Ani Koçyay, Çyapi Kreşnik (hamısı Albaniya).
Hakim-inspektor: Uno Tutk (Estoniya). 
UEFA nümayəndəsi: Mətin Kazancıoğlu (Türkiyə).  
Bakı Olimpiya Stadionu
(ilk oyun - 2:1)

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 7. Yassin Benzya, 99. Redon Cica, 
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Linkoln: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi, 20. Mustafa Yahaya, 66. İtan Britto, 10. Liam Uoker, 9. Kike Qomes, 7. Li Kasyaro.
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Ajayi, 11. Xuampe, 19. Xuan Penya, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton.
Baş məşqçi: Xavi Munyos.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az