Medina "Qarabağ"dan gedir? -  Qurbanovdan açıqlama

09:58 - 20 İyul 2023

Medina \"Qarabağ\"dan gedir? -  Qurbanovdan açıqlama

"Qarabağ"ın baş məşqçisi Kevin Medianın klubdan getməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

 

 

Manset.az xəbər verir ki, bu barədə çalışdırıcı "Qarabağ" -"Linkoln" matçı sonrası danışıb. Onun sözlərinə görə, Kevin Medina ilə bir çox klublar maraqlanır:

"Tam getməsi ilə bağlı dəqiq məlumat yoxdur. Amma müəyyən səbəblər var idi, ona görə də bu oyunda ( "Qarabağ" -"Linkoln" -red) ehtiyatda qaldı. Onunla ciddi maraqlanırlar. Lakin hələki bizimlədir. Düşünürəm ki, hər şey qaydasında olacaq".

Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az