Konfrans Liqası: “Neftçi” və “Sabah”ın oyunlarının hakimləri AÇIQLANDI

13:00 - 20 İyul 2023

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın oyunlarının hakimləri AÇIQLANDI

“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəkləri oyunların təyinatları bəlli olub.

 

Manset.az xəbər verir ki, UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, “ağ-qaralar”ın “Jelezniçar” (Bosniya və Herseqovina) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibinə qarşı (ilk oyun - 2:2) matçını Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Balaj Berke olacaq. Yan xətlərdə ona həmyerliləri Balaj Buzaş və Balaj Sert yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.

“Sabah”ın “RFŞ (Latviya) - “Makedoniya GP” (Şimali Makedoniya) cütünün güclüsü ilə (ilk oyun (1:0) qarşılaşmasını isə isveçrəli Fedayi San idarə edəcək. Yonas Enri və Yan Kebeli yan xətt hakimləri, Sandro Şerer dördüncü hakim olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az