Millimiz Avropa çempionatının yarımfinalına yüksəldi

21:55 - 20 İyul 2023

Millimiz Avropa çempionatının yarımfinalına yüksəldi

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunda Azərbaycan qrup oyunlarını yekunlaşdırıb.

 

Manset.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz sonuncu oyununda Albaniyanı 69:64 hesabı ilə məğlub edib və qrup lideri kimi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Millinin yarımfinalda rəqibi Gürcüstan yığması olacaq. Oyun 22 iyul Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az