"Qalatasaray"ın stadionunun adı dəyişdirildi

15:14 - 21 İyul 2023

\"Qalatasaray\"ın stadionunun adı dəyişdirildi

"Qalatasaray" klubunun ev oyunlarını keçirdiyi "Nef stadionu"nun adı dəyişdirilib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi RAMS Global ilə sponsorluq çərçivəsində müqavilə imzalayıb.

"Sarı-qırmızılılar"ın stadion adı 5 il müddətinə RAMS Park olacaq.

Ad və sponsorluq müqaviləsinin imzalanma mərasimi Ali Sami Yen İdman Kompleksində baş tutub.

Görüşdə "Qalatasaray"ın prezidenti Dursun Özbek, klubun rəsmisi Erden Timur və RAMS Türkiyə CEO-su Devran Bülbül iştirak edib.

"Qalatasaray" bu müqavilə ilə 213 milyon 600 min TL qazanacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az