PSJ-dən Mbappeyə fantastik TƏKLİF

15:35 - 21 İyul 2023

PSJ-dən Mbappeyə fantastik TƏKLİF

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeni komandada saxlamaq istəyir.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki,  bu barədə "Central Defense" məlumat yayıb.

Paris təmsilçisinin rəhbərliyi 25 yaşlı hücumçuya 1 milyard avro qazana biləcəyi 10 illik müqavilə təklif etməyə hazırdır.

Fransız forvardın cavabı hələlik məlum deyil.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.

Mbappe PSJ ilə müqaviləni yeniləməsə 2023/24 mövsümünü ehtiyat oyunçular skamyasında keçirə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az