“Neftçi”nin səfərdəki oyununun vaxtı açıqlandı - Konfrans Liqası

15:28 - 21 İyul 2023

“Neftçi”nin səfərdəki oyununun vaxtı açıqlandı - Konfrans Liqası

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la səfər oyununun vaxtı açıqlanıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, cütün ilk qarşılaşması iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.

Qeyd edək ki, bu komandalar arasında avqustun 3-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az