Türkiyə Superliqasının nəhəngi baş məşqçisi ilə yollarını ayırdı - FOTO

14:03 - 12 Oktyabr 2023

Türkiyə Superliqasının nəhəngi baş məşqçisi ilə yollarını ayırdı - FOTO

Türkiyə Superliqadaasında 8 həftədə 4 qələbə və 4 məğlubiyyətdən sonra 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "Trabzonspor" çalışdırıcı Nenad Bjelica ilə yollarını ayırıb.

 

Manset.az xəbər verir ki, bu barədə klub məlumat yayıb:

"Klubumuz və baş məşqçimiz Nenad Bjelica arasındakı 31 May 2025-ci il tarixli bitmə tarixi olan məşqçi müqaviləsi qarşılıqlı olaraq ləğv edildi”.

Hazırda klubda baş məşqçi postuna namizən olaraq Abdullah Avcının adı hallanır.

“Bordo-mavili”lərin rəhbərliyi ilə bu gün şəhərə gəlməsi gözlənilən Avcı arasında 2 illik müqavilə imzalaması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az