"Qələbə qazanmaq üçün hər şey edəcəyik" - Emin Mahmudov

19:52 - 12 Oktyabr 2023

\"Qələbə qazanmaq üçün hər şey edəcəyik\" - Emin Mahmudov

"Sabah çox vacib matça çıxacağıq. Qələbə qazanmaq, aqressiv oyun göstərmək və evə yaxşı nəticə ilə qayıtmaq istəyirik".

 

Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsində sabah Estoniya ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Təcrübəli yarımmüdafiəçi 3 xal üçün maksimum güc sərf edəcəklərini bildirib: "Çətin olsa da, bunun çox vacib oyun olduğunu başa düşürük. Qələbə qazanmaq üçün hər şey edəcəyik".

Qeyd edək ki, sabah Tallində keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az