32 il əvvəl şəhid olan Zakir İsaqovun qalıqları dəfn edildi

14:15 - 05 İyun 2024

32 il əvvəl şəhid olan Zakir İsaqovun qalıqları dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Zakir Nüsrət oğlu İsaqovun qalıqları Zərdabda dəfn olunub.

Manset.az Apa-ya istinadən xəbər verir ki, şəhid Zakir İsaqovun qalıqları bu gün ailəsinə təhvil verilib.

Zərdab rayonunun Təzəkənd kəndində şəhidlə vida mərasimi keçirilib. Şəhidin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılb.

Qeyd edək ki, şəhid Zakiq İsaqov 1958-ci ildə Zərdab rayonunun Təzəkənd kəndində anadan olub.

Birinci Qarabağ müharibəsi başlayan dönəmdə Qazaxstanda təhsilini yarımçıq qoyaraq könüllü olaraq döyüş bölgəsinə yollanıb. 1992-ci ilin sentyabr ayının 24-də Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Zakiq İsaqovun Tərtər rayonundaki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az