Milli Paralimpiya Komitəsində (MOK) yeni təyinat olub.
Manset.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Toğrul Rəhimov MPK-nın baş katibi təyin edilib.
Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış T.Rəhimov 2000-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 20 ildən çox dövlət və özəl sektorda mühüm vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.